CLAAS 1913-cü ildə əsası qoyulmuş bir ailə biznesidir. Şirkət kənd təsərrüfatı texnikasının dünyanın aparıcı istehsalçılarından biridir. Onun korporativ qərargahı Almaniyanın Harsevinkel (Vestfaliya bölgəsi) şəhərində yerləşir. CLAAS kombayn istehsalı üzrə Avropa, özüyeriyən yem kombaynı istehsalı üzrə isə dünya lideridir. Şirkət həmçinin traktor, press-yığıcı və yaşıl yığım (green harvesting) üçün nəzərdə tutulmuş texnika istehsal edir. Bundan əlavə CLAAS’ın məhsul portfoliosuna “state-of-the-art” fermer informasiya texnoloqiyası daxildir. Hal-hazırda Claas’ın tərkibində 11000 işçisi çalışır, və 4 milyard avroya yaxın dövriyyəsi var. Azərbaycandan başqa Almaniyanın bir neçə şəhərində, ABŞ, Braziliya, Argentina, Rusiya, Ukrayna, İngiltərə, Fransa, İspaniya, İtaliya, Polşa, Macarıstan, Avstriya, Rumıniya, Çin, Hindistan və Tayland kimi ölkələrdə nümayəndəliyi var. Original Motors Azərbaycanda CLAAS şirkətinin rəsmi dileridir.