CASE və onun fəaliyyət tarixi 

          Kənd təsərrüfatı və tikinti texnikası istehsal edən CASE maşınqayırma şirkətinin əsası 1842-ci ildə qoyulmuşdur. şirkət mövcud olduğu illər ərzində nə adını, nə də baş ofisinin yerini (ABŞ, Viskonsin ştatı, Rasin şəhəri) dəyişdirməmişdir. 

          Ənənələrinə sadiqliyi, istehsal edilən texnikanın dəyişməz yüksək keyfiyyəti CASE ticarət nişanını dünyada demək olar ki ən məşhur ticarət nişanı etmişdir.

Şirkətin əsasını qoyan istedadlı ixtiraçı, uğurlu biznesmen, sənayeçi və ticarətçi  Cerom İnkriz Keys (1819-1891) 16 yaşında atasını taxıldöyən maşın əldə etməyə inandırmış və bu da onun uğurlarının başlanğıcı olmuşdur. Həmin taxıldöyən maşının konstruksiyası mükəmməllikdən uzaq idi, amma gənc Keys onu təkmilləşdirməyə və formaca dəyişdirməyə nail oldu. O borc götürərək 6 xüsusi konstruksiyalı taxıldöyən maşın  hazırlayıb təkmilləşdirilmiş və məhsuldar maşınları Viskonsin fermerlərinə təklif etmək niyyəti ilə Viskonsinə yollandı.

 Cerom Keys 1842 – ci ildə 23 yaşında həmin günlərdə çiçəklənən CASE şirkətinin əsasını qoydu.

Case şirkəti fəaliyyətinin ilk illərində yalnız kənd təsərrüfatı maşınları istehsal edirdi.

1869-cu ildə Keys öz ilk buxar mühərrikini yaratdı.

1911-ci ildə ilk benzinlə işləyən mühərrikli traktor  yaratdı.

1942-ci il şirkət üçün fəaliyyət sahəsinin genişləndirilməsi ili oldu – CASE şirkəti – tikinti texnikası istehsalına başladı. ilk tikinti maşınları qreyder və yol işləri üçün buxarla işləyən yolbasanlar oldu.

1957-ci ildə şirkət bütün dünyada inşaatçılar arasında daha çox tələb olunan texnika növlərindən biri olan dünyada ilk ekskavator – yükvuran istehsal etdi.

2012-ci ildə CASE şirkəti 155 illiyini qeyd etdi. Şirkətin fəaliyyəti ərzində 700 mindən artıq ekskavator-yükvuran  və yüz minlərlə digər texnika növləri istehsal edilmiş və satılmışdır.

CASE şirkəti istehsalını daim genişləndirir, əlaqəli fəaliyyət göstərən şirkətləri alır. İnkişaf etmiş diler şəbəkəsi dünyanın 150-dən çox ölkəsini əhatə edir.

CASE müştərilərinə maşınların texniki xidmət və ehtiyat hissələri ilə təmin olunması da daxil olmaqla  tikinti avadanlıqları və xidmətlərin tam siyahısını təklif edir. CASE şirkətinin tikinti texnikasına 15 model cərgəsi 91 yerqazan və yükvuran maşın və mexanizmləri modeli daxildir:

  • - təkərli və tırtıllı ekskavatorlar;
  • - dönmə qabiliyyətli bortlu yükləyicilər;
  • - frontal yükləyicilər;
  • - mini ekskavatorlar;
  • - qreyderlər;
  • - buldozerlər;
  • - özüboşaldanlar;
  • - tikililərin sökülməsi üçün maşınlar və digər texnika növləri.

 

Baza modellərində hər biri üçün əlavə qurğu komplekti və müxtəlif dəyişən örtüklü avadanlıqlar işlənib hazırlanır. Baza modellərinin hər əsasında sifarişçinin tələblərinə yüksək səviyyədə cavab verən texnika quraşdırıla bilər.

Amerika Birləşmiş Ştatlarında, Braziliyada, Yaponiyada şirkətin öz elmi – tədqiqat mərkəzləri fəaliyyət göstərir. ABŞ-da, Braziliyada, Meksikada, Yaponiyada, İtaliyada və Fransada yerləşən CASE zavodları hər il 30 mindən çox texnika istehsal edir.

Original Motors şirkətinin fəaliyyəti texnika, avadanlıq və servis xidmətinin yüksək keyfiyyətinin saxlanması ilə CASE tikinti texnikanın bazar qiymətlərindən aşağı qiymətlərə satışdan ibarətdir. Original Motors şirkəti CASE texnika və avadanlığın Azərbaycanda rəsmi distribyutorudur.  Tərəfimizdən satılan hər bir CASE  texnika və avadanlığına 2000 saat və ya bir il müddətinə zəmanət verilir.