Original Motors avtorizə edilmiş servis mərkəzi  

Avtorizə edilmiş servis mərkəzi İveco konserni proqram təminatına uyğun olaraq, müasir diaqnostik və təmir cihazları ilə təchiz olunub ki, bu da istənilən mürəkkəbliyə malik işləri – planlı texniki xidmətdən tutmuş Iveco və CASE texnikasının əsaslı təmirinə qədər işləri yerinə yetirmək imkanını verir.

Original motors şirkətində həmçinin, müxtəlif Iveco avtobuslarını və CASE texnikalarını və onların ehtiyyat hissələrini əldə etmək mümkündür.

 Mərkəzimizin Iveco və CASE istehsalı avtomobilləri və texnikaları ilə böyük iş təcrübəsinə malik olan mütəxəssisləri mütəmadi olaraq xüsusi proqramlar üzrə təlim və ixtisas artırma kurslarını keçir və avtomobillərin və onların komponentlərinin yaranan texniki problemlərini yüksək peşəkarlıqla aradan qaldırmaq bacarığına malikdirlər.

 Servis mərkəzi istehsalçı zavodun texniki şərtləri ilə müvafiq olaraq bütün kompleks xidmətlərini təqdim edir:

Texniki xidmət

Texnikanın texniki yoxlanması

Sınaqdan keçirmə

Texnikanın cari təmiri;

Avtomobilin və texnikanın istismarından 25 il keçdikdən sonra əsaslı təmiri; -- Iveco – nun və CASE-nin ehtiyat hissələrinin tədarükü.

Sifarişçinin işçiləri avadanlığın düzqün istifadə təlimi və sonunda sertifikatın verilməsi

Mütəxəssislər müştərilərə, avadanlığın istifadəsi ilə bağlı bütün məlumatları təqdim edirlər.


Satışdan sonrakı zəmanət 

Original Motors şirkəti satdığı hər bir texnika və maşına satışdan sonra zəmanət verir.

Müştərilərə satılmış texnika və maşın üçün satış müqaviləsi ilə yanaşı zəmanət müqaviləsi də təqdim olunur və maşının müştəriyə təhvil verdiyi gündən qüvvəyə minir.

Zəmanət müddəti IVECO texnikasına üçün 1 il yaxud 100 000 km-dir , CASE texnikasına 2000 saat və ya bir il zəmanət verilir. Iki göstəricidən hansı tez başa çatarsa, o da əsas götürülür.

Təkər, əyləc və akkumulyatorlar zəmanət xidmətinə daxil deyil.

Original Motor şirkəti istehsalçı tərəfindən buraxılan qüsurlara, keyfiyyətsiz materiallardan istifadə olunmuş və ya yalnız quraşdırılmış hissələri zəmanət verir.

 Əsasən aşağıda qeyd olunmuş hissələrdə meydana gələn qüsurlara zəmanət verilir:

Mühərrik

Sürət qutusu

Hidravlika sistemi

Körpü

Original Motors şirkəti maşınları müştəriyə təhvil verdiyi andan növbəti 5 il ərzində, müştərini orijinal ehtiyyat hissələri ilə təmin etməyi öz öhdəsinə götürür. 

 

 

 

       

 

 

                        

Maşınlara yalnız Original Motors şirkəti tərəfindən yoxlanıldıqdan və həqiqətən zəmanət xidmətinə daxil olması müəyyənləşdirildikdən sonra zəmanət xidməti göstərilir.

Qəza, düzgün quraşdırılmama, yalnız qulluq, diqqətsizlik, həddindən artıq yükləmə və daşınma, materialların təbii olaraq istismardan çıxması nəticəsində meydana gələn qüsurlara görə Original Motors şirkəti tərəfindən zəmanət verilmir.

Maşının müştəri tərəfindən tamamilə yaxud qismən təmir olunması, sökülməsi və dəyişdirilməsi zamanı zəmanət dərhal ləğv edilir.

Yekun olaraq tərəflər razılığa gəlirlər ki, aşağıda göstərilən hallardan hər hansı biri baş verərsə müştəri zəmanət hüququndan məhrum edilir:

Maşının satıcı tərəfindən təqdim olunmuş tələblərərə uyğun istifadə olunmaması

Maşınların Original Motors şirkətinin texniki servis mərkəzindən kənarda təmir olunması

Müştəri Original Motors şirkətini yazılı şəkildə məlumatlandırmamaq maşın üzərində hər hansı fiziki dəyişiklik edərsə yaxud digər firmaya məxsus avadanlıqlar quraşdırarsa