Haqqımızda

Original Motors şirkəti 2012 – ci ildə yaradılmışdır. Azərbaycanda şirkətin əsas məqsədi tikinti, istehsal, logistika və digər fəaliyyət növləri olduğu kimi, həm də, ağır texnikanın ehtiyaclarını təmin etməkdir.

Şirkət hal-hazırda, ağır texnika sahəsində, lider olan IVECO və CASE şirkətlərinin, Azərbaycanda rəsmi dileridir. Original Motors, nəqliyyat dünyasında,ən öndə gedən şirkətlərdən biridir. IVECO şirkəti, çox geniş inkişaf, istehsal, ticarət sahəsində, yüngül, orta və ağır kommersiya maşınlarının xidmətində beynəlxalq lider kimi çıxış edir. CASE maşınların texniki xidməti və ehtiyat hissələrinin təminatı daxil olmaqla inşaat avadanlığının tam çeşidini və xidmətlərin tam siyahısını təklif edir. CASE-in inşaat texnikasının siyahisına torpaqqazan və yükləmə maşınlarının 90-dan çox modeli daxildir.

 Bu gün biz çox məmnunuq ki, sizə öz xidmətlərimizi təklif edirik: yük maşınlarının satışlarını, IVECO hissələri, texniki xidmət və IVECO maşınlarının təmiri.

Bizim saytda, siz uzaq yol və ya şəhərlərarası məsafə üçün, IVECO yük maşınlarını və həmçinin IVECO avtobuslarını seçə bilərsiniz. Original Motors öz müştərilərinə, IVECO şirkətinin bütün markalarını təklif edir. Həmçinin CASE avadanlıq texnikaların tam siyahısını.

 

Şirkət tərəfindən təklif edilən yük maşınlarının şassi və üst qurğuları Avropa istehsalıdır və tam orijinallığı ilə seçilir.

Original Motors şirkəti yuxarıda göstərilən bütün maşınların satışını və satışından sonraki texniki xidmətini, həmçinin istənilən növ ehtiyyat hissələrini təklif edir.

Original Motors öz müştərilərinə yüksək səviyyəli texniki xidmət göstərir. Ağır texnika sahəsində yüksək təcrübə malik işçi qrupu gün ərzində 24 saat, fasiləsiz olaraq avtomobillərdə yarana biləcək texniki nasazlığı dərhal aradan qaldırmağa və texnikanızın fasiləsiz işləməsinə təminat verir.

Şirkətimiz tərəfindən satılan bütün avtomobillərə bir il və ya 100000 km zəmanət verilir.

Satışlar eyni zamanda lizinq, kredit və nağd yolla həyata keçirilir.